İdman 13:12 20.06.2013

"Cəhənnəm ol Pele"

Braziliya futbol əfsanəsi Pele ölkədə neçə gündür davam edən etiraz aksiyaları ilə bağlı verdiyi açıqlamalara görə tənqid atəşinə tutulub. 

Qaynar.info-nun məlumatına görə, Pelenin aksiyaçılara "Evinizə qayıdın" deməsi sosial şəbəklərdə böyük qalmaqala səbəb olub. 

"O Globo" telekanalında yayımlanan video mesajında Pele lökədə Konfederasiya Kubokunun başlayacağına, gələn il də Dünya Çempionatının keçiriləcəyinə işarə edərək, "Braziliyada baş verən gərginlikləri, etiraz aksiyalarını unudaq. Braziliya komandasının ölkəmiz və qanımız olduğunu xatırlayaq" deyib. 

Ancaq son illərdə verdiyi açıqlamaları ilə həm ölkəsində, həm də dünyadakı imici zədələnən pelenin bu sözləri sosial şəbəkəni ayağa qaldırıb. İstifadəçilər Pelenin sadə vətəndaşların yaşayış tərzindən xəbərdar olmadığını deyiblər. 

Bir braziliyalı isə Facebook səhifəsində, "pele videoyla millətə bu aksiyaları unudun və komandanı dəstəkləyin deyir. Milli komanda, FİFA, stadionlar milyonlara başa gəlir. Cəhənnəm ol Pele" yazıb. 

Qaynar.info