Dünya 14:09 22.07.2013

"Coca Cola"dan tarixi dəyişiklik - FOTO

Amerikanın "Coca Cola" şirkəti 1887-ci ildən bəri ilk dəfə dəyişikliyə imza atıb. 

Qaynar.info-nun məlumatına görə, şirkət ilk dəfə olaraq "Coca Cola"nın qırmızı rəngli paketini yaşıl rənglə əvəz edib. Şirkət bu yeniliyi ilk dəfə Argentinada kofeini azaldılmış, şəkərsiz "Coca Cola Life"ın istehsalında edib. 

Yeni məhsul yaşıl paket və yaşıl qapaqla satışa çıxarılıb. 

Şirkətdən verilən açıqlamada yeni məhsulun digərlərindən fərqli görünməsi üçün istehsal edildiyi deyilib. 

Qaynar.info