Dünya 17:21 17.04.2013

"Dəmir ledi" ilə belə vidalaşdılar (FOTOLAR)

Böyük Britaniyanın keçmiş Baş naziri Marqaret Tetçerin cənazə duası Londonda Müqəddəs Pavel kilsəsində keçirilib.

Mərasimdə 2 mindən çox qonaq, Tetçerin qohumları və dostları, onun Baş nazir olduğu dövrdə Nazirlər Kabinetinin üzvləri, keçmiş Aparat rəhbərləri, həmçinin hazırkı Nazirlər Kabinetinin üzvləri və müxalifət nümayəndələri iştirak ediblər.

Mərasim iştirakçıları arasında ABŞ-ın keçmiş müdafiə naziri (1989-1993) və vitse-prezidenti Dik Çeyni, ABŞ-ın keçmiş dövlət katibi Henri Kissincer (1973-1977), bəstəkar Endru Llyod Uebber, Britaniyanın keçmiş Baş naziri Toni Bleyer (1997-2007) və nəhayət, Kraliça II Elizabet və onun həyat yoldaşı Edinburq hersoqu Filip də var.

"Dəmir ledi"nin dəfni təqribən 50 il ərzində Kraliçanın qatıldığı ilk britaniyalı siyasətçinin dəfn mərasimidir. Axırıncı dəfə II Elizabet 1965-ci ildə Baş nazir Uinston Çörçilin dəfn mərasimində iştirak etmişdi.

Qaynar.info