Dünya 16:11 16.04.2013

"Dəmir ledi" sabah dəfn olunacaq

Ötən həftə vəfat edən İngiltərənin keçmiş baş naziri Marqaret Tetçerin dəfn mərasimi sabah keçiriləcək. 

Qaynar.info-nun məlumatına görə, Tetçerin cənazəsi bu gün İngiltətə parlamentində yerləşən müqəddəs Mariya kilsəsinə gətiriləcək. Burada parlamentarilərin, baş nazirlik işçilərinin və Tetçerin ailəsinin qatılacağı mərasimdən sonra Tetçerin cənazəsi səhərə qədər orada saxlanılacaq. 

Sabah Bakı vaxtı ilə saat 14:00-da "dəmir ledi"nin cənazəsi Londonun Müqəddəs Pavel monastrına gətirilərək dəfn olunacaq. 

Dəfn mərasimi zamanı Londonun tarixi Biq Ben saatı işləməyəcək və toplardan yaylım atəşi açılacaq. 

Qaynar.info