İdman 17:20 28.02.2013

"Çelsi"nin baş məşqçisi istefa verir

İngiltərə “Çelsi”sinin baş məşqçisi Rafael Benitez mövsümün sonunda klubdan ayrılacağını açıqlayıb.

Qol.Az-ın verdiyi məlumata görə, “Midlsbro” üzərində qələbədən (2:0) sonra açıqlama verən baş məşqçi azarkeşlərin onun istefası ilə bağlı pankartlar hazırlamasına daha ehtiyac olmadığını söyləyib

“Mənə görə vaxtlarını xərcləməsinlər. Onsuz da mövsümün sonunda klubdan ayrılıram” – deyən baş məşqçi bildirib ki, hazırda “Çelsi”nin Çempionlar Liqasında oynaması üçün fanatlaırn böyük dəstəyinə ehtiyacı var.

Qaynar.info