Texnologiya 12:44 10.08.2017

"Facebook" televiziyaya çevrilir

"Facebook" sosial şəbəkəsi televiziya funksiyası yerinə yetirəcək "Facebook Watch" xidmətini istifadəçilərə təqdim edəcək.

"Qaynarinfo" xarici mediaya istinadən xəbər verir ki, bu funksiya ilə "Facebook" Netflix, Amazon Prime kimi internet üzərindən yayım edən şirkətlərə rəqib olmağı planlaşdırır.

"Facebook Watch" vasitəsilə istifadəçilər internet üzərindən istədikləri serial, film və proqramları izləyə biləcək, hətta canlı yayımlar belə təşkil ediləcək. İlk vaxtlar 40-a yaxın proqram siyahıda yer alacaq. 

Bu funksiya ilə hər kəs öz siyahısını yarada və istədikləri proqrama abunə ola biləcək. 

"Facebook"un istehsalat müdiri Daniel Danker bildirib ki, komediya, canlı idman, reality show və s. kimi bir çox növ proqramları yayımlamağı planlaşdırırlar.

"Facebook Watch"dan isitifadənin 28 avqusta planlaşdırıldığı, lakin tarixin təxirə salınma ehtimalı olduğu qeyd edilib.

Gülşən

Qaynarinfo.Az