Dünya 11:36 23.05.2013

"Facebook"dan müxalifətə zərbə

Suriya müxalifətinin Facebook sosial şəbəkəsindəki bəzi səhifələri bağlanıb. 

Qaynar.info-nun məlumatına görə, bu barədə Əl Ərəbiyyə telekanalı xəbər verib. Müxalifət fəalları hesab sahiblərinə bildiriş göndərilmədiyi üçün bol edilmədə sayt rəhbərliyini günahlandırıblar. 

Blok edilən səhifələr arasında on minlərlə suriyalının girdiyi, həm Bəşər Əsəd, həm də müxalifət tərəfdarı olan "Firas Tlass" qrupunun səhifəsi də var. 

Qrupun yaradıcılarından biri kanala verdiyi açıqlamasında "Facebook hər zaman məlumat və fəaliyyətlərin anladıldığı bir şəbəkə idi. Ancaq indi belə deyil. Sosial şəbəkə rəhbərliyi heç bir açıqlama və bildiriş göndərmədi" deyib. 

Bundan başqa vəhşiliklə öldürülən 13 yaşlı uşağın xatirəsinə yaradılmış "Biz Həmzə əl Hatib kimi hamımız şəhidik" adlı qrup da blok edilib. Bu qrupun təxminən 680 min üzvü var idi. 

Qaynar.info