Dünya 09:28 24.01.2014

"Facebook"un ən yaşlı istifadəçisi - FOTO


Kirçmayer sosial şəbəkə sayəsində yoldaşları və ailəsinin gündəlik fəaliyyətlərinə nəzarət etmək imkanı tapdığını söyləyib

Facebookun ən yaşlı istifadəçisi Edit Kirçmayerin 106 yaşı tamam olub.

Qaynar.info-nun ans press-ə istinadən məlumatına görə, Kirçmayer keçən il "Direct Relief" adlı xeyriyyə təşkilatında çalışan dostarının ona doğum günündə hesab açmasından sonra ən yaşlı Facebook istifadəçisi adını qazanmışdı.

Kirçmayer eyni zamanda Kaliforniyanın ən yaşlı sürücülük vəsiqəsi olan sürücüsü və Çikaqo Universitetinin ən yaşlı yaşayan məzunu adlarını da daşıyır.

Sosial şəbəkəni sevdiyini açıqlayan Kirçmayer sosial şəbəkə sayəsində yoldaşları və ailəsinin gündəlik fəaliyyətlərinə nəzarət etmək imkanı tapdığını söyləyib.


Qaynar.info