Maqazin 18:57 04.04.2015

"Fahişə və şahzadə nağılı" seks işçilərini qəzəbləndiridi - VİDEO

Avstraliyada yüzlərlə fahişə sosial mediada bütün dünyaya özləri barədə yazmağa başlayıblar. Anspress-in məlumatına görə, ölkənin ən populyar “Mama mia” qadın jurnalında “Gözəlçə” filminin 25 illiyinə həsr olunmuş “Fahişə ecazkar şahzadəsinə qovuşur” adlı məqalə böyük səs-küyə səbəb olub. 

Müəllifin "Belə filmlər fahişəliyi tərənnüm edərək gənc qadınları iztirab və təhqirlərlə dolu həyata sürükləyir. Əslində fahişə həyatı kinodan fərqli olaraq reallıqda daha eybəcərdir" fikri ölkənin seks işçiləri arasında böyük müzakirəyə səbəb olub. 

21 yaşlı seks işçisi olan tarix fakültəsinin məzunu Tilli Lauless həyatından narazı olmadığını yazaraq müəllifə etiraz edib: “Kollec tələbəsiyəm. Vəkil olmaq istəyirəm. İctimai fəalam. Qızım, bacım var. Seks işçisiyəm. Məni bu həyatdam xilas etmənizi istəmirəm…”

Tilli Lauless məqalənin müzakirəyə çıxarıldığı sosial bloqda seks işçilərinin ucdantutma pislənməsindən qəzəblənib. Onun özü artıq iki ildir ki, fahişəliklə məşğul olur, lakin seks işçisi kimi qeydiyyatdan bu yaxınlarda, fahişəliyin qanunla qadağan olunmadığı Sidneydə keçib. O fahişəliyin başqa simasını göstərmək üçün İnstagram-a öz şəklini də qoyub. O, seks işçisi olmaq seçimini şüurlu şəkildə etdiyni yazaraq həmin bloqa etirazını bildirib.


Bundan az sonra Tilli ilə Avstraliya seks işçilərinin "Scarlet Alliance" təşkilatından əlaqə saxlayıblar və xahiş ediblər ki, həştəqi Twitterə göndərsin. Və hər şey bundan sonra başlanıb. Yüzlərlə fahişə qadın öz fotoşəklini göndərməyə başlayıb. Burada çoxları ilk dəfə idi ki, seks işçisi olduqlarını açıq etiraf edirdilər. Müzakirələrə avstraliyalı aktrisa və seks işçisi Madison Messina da qoşulub.

“Mən buna müsbət mənada çox heyrətləndim. Çünki fahişələri çox nadir hallarda insan qismində görürlər. Onların daha çox bədənlərindən danışırlar. Lakin bu sifətlərin sosial mediaya çıxarılması çox güclü təsirə malik olub”- deyə Louless öz təəccübünü bildirib.

Qaynar.info