İdman 02:45 15.03.2013

"Fənərbaxça" Avroliqanın 1/4 finalında! (VİDEO)

Bu gün UEFA avropa Liqasının 1/8 final mərhələsinə yekun vurulub.

Qol.Az-ın məlumatına görə, azərbaycanlı azarkeşlərin də maraqla izləyəcəyi oyun İstanbulda baş tutub. 

Belə ki, “Fənərbaxça” Çexiyanın “Viktoriya” klubunu qəbul edib. Oyun 1:1 hesabı ilə başa çatıb. İlk oyunda 1:0 hesabı ilə qalib gələn "Fənərbaxça"1/4 final mərhələsinə vəsiqə qazanıb. Milli komandamızın üzvü Ruslan Abışovun komandası “Rubin” isə “Levante”ni qəbul edib və 2:0 hesabı ilə qalib gələrək (İlk oyun 0:0) növbəti mərhələyə çıxıb. 

Digər bir maraqlı oyun İtaliyada baş tutub. "İnter" "Tottenhem"i qəbul edib. İlk oyunda 0:3 hesabı ilə uduzan "İnter" oyunun əsas vaxtında bu qolların əvəzini çıxıb. Lakin görüşün əlavə vaxtında hesab 4:1 olub ki, bu da "Tottenhem"i növbəti mərhələyə çıxardıb. Beləliklə, 1/4 final mərhələsinə çıxan komandalar bunlardır: "Rubin", "Bazel", "Tottenhem", "Benfika", "Çelsi", "Fənərbaxça", "Latsio" və "Nyukasl".

Qaynar.info