İdman 09:52 23.05.2013

"Fənərbaxça" Türkiyə kubokunu qazandı


Türkiyə kubokunun final oyunu keçirilib. Ankarada baş tutan matçda “Trabzonspor”la “Fənərbaxça” üz-üzə gəlib.

Görüş 1:0 hesabı ilə "Fənərbaxça"nın xeyrinə başa çatıb.

Beləliklə, "Fənərbaxça" ardıcıl ikinci və tarixində altıncı dəfə Türkiyə kubokunu qazanıb.

Qeyd edək ki, bu komandalar arasındakı 39 illik rəqəbətdə 110 matç baş tutub. Oyunların 43-də “Fənərbaxça”, 37-də “Trabzonspor” qələbə qazanıb, 30 oyun heç-heçə yekunlaşıb.

22.45. "Trabzonspor" - "Fənərbaxça" - 0:1
Qol: Mousa Sou, 9 (0:1)

Qol.az