İdman 17:26 29.05.2013

"Fənərbaxça"ya yeni baş məşqçi gətirilir

Bu gün istefa verən Aykut Kocamanın yerinə "Fənərbaxça"ya təyin olunacaq yeni baş məşqçinin adı bəlli olub. 

Qaynar.info-nun Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, bu, "Eskişeherspor"un baş məşqçisi Ərsun Yanaldır. 

Hələ fevral ayında "Fənərbaxça" rəhbərliyinin kluba Ərsun Yanalı gətirəcəyi ilə bağlı məlumatlar yayılmışdı.

Qaynar.info