Dünya 09:31 29.06.2013

"Gəzi parkı" gələn həftə açılacaq

İstanbulun bələdiyyə sədri: "Daha mükəmməl bir park istanbulluların ixtiyarına veriləcək"

“İstanbula mükəmməl bir “Gəzi parkı” qazandıracağıq”. Bunu İstanbulun bələdiyyə sədri Kadir Topbaş jurnalistlərin suallarına cavab verərkən deyib. Parkda sürətlə yaşıllıq işlərinin aparıldığını deyən Topbaş parkın 700 kv.m kiçildilməsi haqda iddiaları da təkzib edib. 

“Gəzi parkı”nda aparılan işlərdən sonra son vəziyyət gözdən keçiriləcək və gələn həftə istanbulluların ixtiyarına veriləcək”, - deyə o vurğulayıb./anspress/