Dünya 15:30 07.09.2013

"Hamburger"dən mədə bulandıran - QALMAQAL

Dünyanın ən böyük fast-food şəbəkələrindən biri Sinqapurda məhsulun içindən çıxdığı iddia edilən kərtənkələ skandalıyla üz-üzə gəlib.

ANN.Az-ın türk mətbuatına istinadən verdiyi xəbərə görə, dünyanın demək olar ki, hər bir ölkəsində şöbəsi olan "Hamburger"in sosiskalı buterbrodunun içərisindən kiçik kərtənkələ çıxması dünya mediasının gündəminə çevrilib.

"Strait Times"da yayılan xəbərdə deyilir ki, bir müştəri sifariş etdiyi məhsulun içindən körpə bir kərtənkələnin çıxdığını iddia edib və məhsulun fotoşəkilini şirkətin "Facebook" səhifəsinə göndərib.

Müştərinin göndərdiyi fotoşəkildə körpə kərtənkələnin quyruğunun çölə sallandığı görünür. Müştərinin mövzu haqqında daha ətraflı məlumat verməməsi və "Facebook" üzərindən göndərilən mesajlara cavab verməyib. Şikayət bu faktın yayılmasından sonra Sinqapurda məhsullarını toplayıb və mövzu ilə bağlı ətraflı izahat verməkdən imtina edib. Şirkətin Korporativ Əlaqələr üzrə müdiri "Daha çox fərziyyəyə səbəb olmamaq üçün test nəticələri çıxana qədər mövzu ilə bağlı əlavə şərh verməyəcəyik" deyib. 

Müştərinin "Facebook"a göndərdiyi fotoşəkilin hələ oradan silinməyib. Buna münasibətini bildirən şöbə müdiri - "Müştərilərimizin mövzu ilə bağlı şərhlərini "Facebook" səhifəmizdən silmək şirkətin siyasətinə uyğun deyil",  - deyib.

Qaynar.info