Maqazin 00:41 03.04.2015

"Hürrəm Sultan" və Murad Boz Bakıya gəlir

Türkiyənin məşhur simaları - aktrisa Məryəm Üzərli, aktyor Özcan Dəniz, Burak Özcivit, ifaçı Murad Boz Bakının qonağı olacaq. Bu haqda axşam.az-ın əməkdaşı ilə söhbətində Nizami Kino Mərkəzinin mətbuat xidmətinin rəhbəri xəbər verib. 

O, danışıqlar aparıldığını, hər dörd aktyordan da razılıq aldıqlarını bildirib: "Film hazır olandan sonra aktyorların iştirakı ilə Nizami Kino Mərkəzində qala gecə keçiriləcək".

Qeyd edək ki, Özcan Dəniz ssenarisini yazdığı və baş rolu ifa edəcəyi yeni ekran işinə Məryəm Üzərlini çəkəcək. Aktyor ekran işinin adını hələ ki açıqlamır. 

Burak Özçivit isə bu yaxınlarda mediaya açıqlamasında yeni film çəkəcəyini və orada baş rolu Murad Bozla birlikdə paylaşacağını deyib.

Qaynar.info