İdman 11:42 07.09.2013

"İbrahimoviç" "Qalatasaray"da

"Qalatasaray" heyətinə daha bir futbolçunu qatıb.

Qol.Az-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, İstanbul klubu "Bursaspor"un oyunçusu Oğulcan Çağlayanı transfer edib.

"Sarı-qırmızılar"ın təklifini qəbul edən 17 yaşlı hücumçu artıq komanda ilə hazırlıqlara başlayıb.

"Yerli İbrahimoviç" ləqəbi ilə tanınan futbolçu ilə üç illik müqavilə imzlanacağı bildirilir.

Qeyd edək ki, O.Çağlayan "Bursaspor" forması ilə müxtəlif yaş qruplarında indiyə kimi 80 dəfə forma geyib və 54 qol vurub.

Qaynar.info