İdman 10:42 04.07.2014

"İnter" Bakıya qalib qayıdır

Azərbaycan klubları avrokuboklarda mübarizəyə başlayıb. Fanat.az xəbər verir ki, "Qəbələ"nin ardınca "İnter" mübarizəyə qoşulub.

"Tiraspol"un qonağı olan "İnter"8-ci dəqiqədə Baçana Tsxadadzenin, 10-cu dəqiqədə Asif Məmmədovun qolları ilə 2:0 hesablı üstünlük əldə edib. 71-ci dəqiqədə Andrey Noviçov fərqi 3 topa çatdırıb. Moldova klubunun üzvü 7 dəqiqə sonra "İnter"in qapısına yol taparaq günahını yuyub. 88-ci dəqiqədə isə Georgi Karaneyçev fərqi minimuma enhdirib - 2:3.

Qeyd edək ki, "Tiraspol" 2013/14 mövsümündə Moldova çempionatının gümüş medallarını qazanıb. Moldova klubu artıq bir dəfə ölkəmizə səfər edib. Belə ki, "Tiraspol" 2005/06 mövsümündə UEFA İntertoto Kubokunda "MKT-Araz"a rəqib olub. Təmsilçimiz evdə 1:0 hesablı qələbə qazansa da, səfərdə iki cavabsız qolla (0:2) uduzaraq mübarizəni dayandırmışdı. Həmin vaxt "MKT-Araz"ın formasını geyinən Arif Daşdəmirovla Asif Məmmədov indi "İnter"in formasını geyinir.

Onu da qeyd edək ki, bu gün "Qəbələ" də Avropa Liqasında mübarizəyə başlayıb. Bölgə təmsilçisi Bosniya və Hersoqovinanın "Şiroki Briyeq" klubuna 0:2 hesabı ilə yenilib.

Avropa Liqası

I təsnifat mərhələsi

İlk oyun

Tiraspol (Moldova) - İnter (Azərbaycan) 2:3

Qollar: Andrey Noviçov, 78. Georgi Karaneyçev, 88 - Baçana Tsxadadze, 8. Asif Məmmədov, 10. Andrey Noviçov, 71 (avtoqol).

Qaynar.info