Ekonomiks 13:40 12.05.2015

"iPhone 7" belə olacaq? - FOTOLAR

"Apple"nin bu il təqdim etməyi planalaşdırdığı "iPhone 7" necə görünəcək? Yeni model "iPhone 6"-ya bənzəyəcək? Anspress-in məlumatına görə, "Apple"nin gözlənilən "bombasının" ilkin görüntüsü, dizaynı ilə bağlı müntəzəm olaraq ehtimallar yayılır. 

Onlardan birini də tanınmış konsept dizaynı Martin Hajek hazırlayıb. Onun hazırladığı "iPhone 7" çərçivəsizdir. O, bu gün insanların maraq göstərdiyi əsas xüsusiyyətləri bir modeldə cəmləməyə çalışıb.

Cihazın arxasındakı "Apple" loqosu bu dəfə işıqlı olması ilə diqqət çəkir. 

Barmaq izi oxuyan özəlliyi olan telefonun düyməsi bu dəfə elə ekranın üzərində yerləşdirib. 













Qaynar.info