Dünya 13:34 04.09.2013

"İranla Azərbaycan Nizami Gəncəvi məsələsində razılığa gəlməlidir"

“Nizami Gəncəvi İranla Azərbaycan xalqı daxil olmaqla bəşəriyyətin ortaq mədəniyyət mirasıdır”.

APA-nın İRİB-ə istinadən məlumatına görə, bunu İranın Azərbaycandakı səfiri Möhsün Pak Ayin bildirib.

Onun sözlərinə görə, Nizami Gəncəvi hər iki xalqın dostluq mövzusudur və ixtilaf məsələsinə çevrilməməlidir: “İranla Azərbaycanın bu ortaq mədəniyyət simvolunun qorunması üçün ortaq bir nöqtədə razılaşması lazımdır”.

Qeyd edək ki, Gəncə şəhərində yerləşən Nizami Gəncəvinin məqbərəsində fars dilindəki kitabələrin qaldırılaraq Azərbaycan dilindəki kitabələrlə əvəzlənməsi İranda narazılıqla qarşılanıb.

Qaynar.info