Xəbər lenti

Ölkə 15:13 23.07.2013

"Jurnalistlərə yeni mənzillərin açarları yaxın günlərdə təqdim olunacaq"

"Jurnalistlərə yeni mənzillərin açarları bu günlərdə təqdim olunacaq”.

Bu sözləri Movqe.az-a açıqlamasında Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) icraçı direktoru Vüqar Səfərli söyləyib. V. Səfərli bildirib ki, mənzillə təmin olunan jurnalistlər bu günlərdə KİVDF-ə dəvət olunacaq və onlara mənzillərin açarları təqdim olunacaq.

Fondun icraçı direktoru mənzil sahibi olan jurnalistlərə evlərin sənədlərinin isə bina dövlət qəbul komissiyası tərəfindən istismara qəbul edildikdən sonra veriləcəyini söylədi.

Onun sözlərinə görə, bu proses başa çatdıqdan sonra jurnalistlərə evlərin sənədlərinin verilməsinə başlanılacaq.

Qaynar.info

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->