Ölkə 11:50 16.09.2013

"Kiv.az" fəaliyyətə başlayır

Azərbaycanda yeni informasiya portalı fəaliyyətə başlayıb. 

"Kiv.az" adı ilə internet media məkanına daxil olan portalın sahibi və baş  redaktoru Azər Niftiyevin verdiyi məlumata görə, sayt öz dəsti-xətti ilə fərqlənməyə çalışacaq: “Ölkədə onlarla xəbər portalının fəaliyyət göstərdiyi və hər ay yen-yeni saytların fəaliyyətə başladığı bir şəraitdə bizi gərgin bir rəqabət gözlədiyindən xəbərdarıq. "Kiv.az"  öz spesifik üslubu ilə digər portallardan fərqlənməyə və daha çox analitik yazılarla oxucuların görüşünə gəlməyə çalışacaq”.

Xatırladaq ki, "Kiv.az"  informasiya portalının rəhbəri Azər Niftiyev 2004-cü ildən jurnalist kimi fəaliyyət göstərir və ilk iş yeri “Yeni Müsavat” qəzeti olub. Ardınca müxtəlif qəzetlərdə jurnalist və redaktor kimi çalışan A.Niftiyevin son iş yeri "Qaynar.info", daha sonra isə "Editor.az" saytının baş direktoru vəzifəsi olub./musavat.com/

Qaynar.info