Maqazin 00:15 09.06.2015

"Kurltar Vadisi" yeni mövsümdə hansı kanalda yayımlanacaq?

"Pana Film"in çəkdiyi "Kurtlar Vadisi Pusu"nun yeni mövsümdə hansı kanalda yayımlanacağı dəqiqləşib. 

Axşam.az-ın Türkiyə mediasına istinadən məlumatına görə, Ümit Karacanın rejissorluğu ilə baş rollarında Necati Şaşmaz, Çiğdem Batur, Cahit Kayaoğlu və Erhan Ufak kimi adların oynadığı serial 11 iyunda "Kanal D"də sezon final çıxacaq.

Məşhur ekran işinin sentyabrdan "Kanal D"də qalıb-qalmayacağı müzakirə edilərkən "Pana Film" kanalı dəyişməmək qərarına gəlib. Beləliklə, 2003-cü ildən bəri davam edən serial yeni mövsümdən eyni telekanalda davam edəcək.

Qaynar.info