Dünya 13:08 28.06.2013

"Kurtlar Vadisi Pusu"nun yayımı dayandırılır

Türkiyədə yeni formalaşdırılmış Aqillər Heyəti baş nazir Ərdoğana maraqlı təkliflər irəli sürüblər.

Qaynar.info-nun Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, Aqillər Heyəti baş nazirə təqdim etdikləri hesabatda kürd kimliyinin tanınması ilə bərabər bəzi serialların da yayından çıxarılmasını tələb ediblər. 

Hesabatda azyaşlı nikahların aradan qaldırılması, "Şəfqət Təpə", "Kurtlar Vadisi Pusu", "Tək Türkiyə", "Sakarya Fırat" kimi serialların bağlanması, "Nə mutlu türküm deyənə" kimi sözlərin yığışdırılması, kürd dilində istifadəsi qadağan olunan bəzi hərflərin yenidən qaytarılması və bir sıra maddələr yer alıb. 

Hesabatda bildirilib ki, adı çəkilən seriallar kürd probleminin həllinə ciddi maneə yaradır. 

Qaynar.info