Maqazin 22:21 27.01.2015

"Kurtlar Vadisi"ndə kədərli ayrılıq - VİDEO

Türkiyənin fenomen serialı olan "Kurtlar Vadisi Pusu"dan bu həftə əsas obrazlardan biri ayrılacaq.

Axşam.az-ın Türkiyə mediasına istinadən xəbərinə görə, "Kanal D"nin yüksək reytinqlə izlənilən serialında tamaşaçıları kədərləndirən ayrılıq baş verəcək.

İlk seriyalardan ssenarinin mərkəzində olan Nazifə ana seriala vida edəcək. 

Qeyd edək ki, baş obraz Polad Alemdarın anası rolunu aktrisa Serpil Tomar oynayır.


Qaynar.info