İdman 10:15 17.10.2013

"Land of fire Azerbaijan" Droqbanı mükafatlandırdı

Yaşı 28-dən az olmayan ən yaxşı futbolçuya verilən "Qızıl ayaq" (Golden foot) mükafatının builki sahibinin adı məlum olub.

Qol.Az-ın məlumatına görə, "Qalatasaray"ın hücumçusu Didye Droqba ilin ən yaxşısı seçilib. O, səsvermənin finalında Kriştiano Ronaldo və ötən mövsüm futbolçu karyerasını başa vuran Devid Bekhemi üstələyib. Fildişi sahilli oyunçunun birinciliyi əldə etməsində Türkiyədən gələn səslər böyük rol oynayıb. Ümimilikdə isə builki mükafatı qazanmaq uğrunda 10 oyunçu  mübarizə aparıb.

Avropanını ən nüfuzlu mükafatlarından olan "Qızıl Ayaq"ın baş sponsporu "Land of Fire Azerbaijan" olub. Xatırladaq ki, bundan əvvəlki mükafatı PSJ-dən Zlatan İbrahimoviç qazanıb.

Qaynar.info