İdman 15:08 23.08.2013

"Mançester Siti"nin oyunçusu "Barselona"da

Transfer pəncərəsinin bağlanmasına 10 gün qalmış "Barselona" daha bir transfer gerçəkləşdirib.

Qol.Az-ın klubun saytına istinadən verdiyi məlumata görə, Kataloniya təmsilçisi "Mançester Siti"nin ispan oyunçusu Denis Suarezi heyətinə qatıb.

 Gənc futbolçu ilə dörd illik müqavilə imzalanıb. Ancaq klub 19 yaşlı oyunçunu hələlik ehtiyat komandaya göndərib və onun qiymətinin 12 milyon avro olduğu bildirilib. 

Suarez əsas komandaya daxil olduqda isə təzminat qiyməti 35 milyon avro olacaq.

Qaynar.info