"Mançester Yunayted"in futbolçusu Conni Evans "Çelsi"nin baş məşqçisi Joze Mourinyonun cavabını verib.
Qol.Az-ın Britaniya mətbuatına istinadən verdiyi məlumata görə, portuqaliyalı mütəxəssis qarşıdakı oyunda üz-üzə gələcəkləri "Mançester Yunayted"in ötən mövsüm çempionluğunu yaxşı futbol oynamayaraq qazandığını demişdi.
"The İndependent"ə danışan Evans isə Mourinyonun bu fikirlərinə güldüyünü söyləyib: "Bunlar sadəcə ağıl oyunlarıdır. Bizi əsəbləşdirməyə çalışırlar. Ancaq belə sözlərə fikir vermirik. Mourinyoya sadəcə gülürük" - deyə o bildirin.
Qaynar.info
Şərhlər