Maqazin 01:10 12.11.2014

"Marketimi də, gözəllik salonumu da satdım" - azərbaycanlı müğənni

Əməkdar artist, müğənni Nüşabə Ələsgərli sənətindəki yeniliklərdən Milli.Az-a danışıb. Müğənni övladlarından söz açaraq nənə olmaq arzusunu da dilə gətirib:

"Bu günlərdə iki yeni mahnı yazdırmışam, inşallah, onları Yeni il qabağı oxuyacağam. Hal-hazırda mahnılar aranjman edilir. Bilirsiniz ki, mənim övladlarımın ikisi də bu il universitetə daxil olublar. Qızımın 17, oğlumun isə 18 yaşı var. Nənə olmaq arzum da var. Təbii ki, hər şey zamanında daha gözəldir. Kim istəməz ki, nənə olsun? Nənə olmaq ən gözəl hisslərdən biridir.

Həyat yoldaşımın işi olanda mənimlə bir çox yerlərə gedə bilmir. İşi olmayanda isə telekanallara birlikdə gedirik. O, bizneslə məşğuldur. Mən də əvvəl bizneslə məşğul olurdum, sonradan pul qazana bilmədiyimə görə marketimi də, gözəllik salonumu da satdım. Çünki bunlar mənə xeyir gətirmədi".

Qaynar.info