"Liverpul"un formasını geyinən Mario Balotelli şəxsi həyatı ilə bağlı maraqlı açıqlamalar verib. Qaynar.info xəbər verir ki, İngiltərənin "Sport" dərgisinə danışan italiyalı futbolçu bəzi etiraflar edib.
Futbolçu oyundan 3-4 saat əvvəl sekslə məşğul olmadığını bildirib: "Bəziləri mənim haqqımda "matçdan 3-4 saat öncə sekslə məşğul olur" şaiyələrini ortaya atdı. Bunlar tamamilə axmaqlıqdı. Guya belədə daha yaxşı oynayıram. İnanın ki, matçdan 3-4 saat əvvəl sekslə məşğul olsam, oynaya bilmərəm. Belə bir şeyi hər hansı futbolçunun edə biləcəyinə inanmıram".
Qaynar.info
Şərhlər