Dünya 15:47 03.09.2013

"Mən gedəndən sonra baş nazir Saakaşvili olacaq" - İvanişvili

Gürcüstanın baş naziri Bidzina İvanişvili vəzifədən gedəcəyi barədə maraqlı açıqlama verib.

Milli.Az-ın Gürcüstan mətbuatına istinadən məlumatına görə, İvanişvili deyib ki, onun davamçısı oktyabr ayında prezidentlik müddəti sona çatan Mixeil Saakaşvili olacaq.

"Mən düşünürəm ki, Giorgi və Mixail bir-birlərini yaxşı başa düşürlər və ölkənin dirçəlməsinə nail olacaqlar", - o əlavə edib.

İvanişvili onu da qeyd edib ki, Saakaşvili yaxşı liderdir.

Qaynar.info