Ölkə 15:40 16.07.2013

"Milli Şurada ehtiyat namizədə ehtiyac yoxdur" -Sülhəddin Əkbər

“İnanıram ki, Müsavat Partiyası və Rüstəm İbrahimbəyov arasında aparılan danışıqlardan sonra Milli Şuranın vahid namizədi məsələsi öz həllini tapacaq”.

Bu açıqlamanı APA-ya Milli Şuranın üzvü, Açıq Cəmiyyət Partiyasının (ACP) sədri Sülhəddin Əkbər verib.

S. Əkbər Milli Şurada ehtiyat namizədə ehtiyac olmadığını bildirib: “Mili Şuranın vahid namizədi Rüstəm İbrahimbəyovdur. Biz də Milli Şura olaraq öz qətiyyət və iradəmizi ortaya qoymuşuq”.

ACP sədri Müsavat Partiyasının prezident seçkilərində iştirakla bağlı qərarına da münasibət bildirib: “Müsavat Partiyası da digər partiyalar kimi Milli Şuranın vahid namizədinə səs verib. Düşünürəm ki, Rüstəm İbrahimbəyov tezliklə Azərbaycana dönəcək və Müsavat Partiyasının rəhbərliyi ilə aparılan danışıqlardan sonra bu məsələ öz həllini tapacaq”.

Qaynar.info