İdman 10:31 13.11.2013

"Nadalı anamdan çox görürəm"


Tennis üzrə ATP turnirinin finalında ispan Rafael Nadalı məğlub edən serb Novak Cokoviç maraqlı açıqlama verib.

Qaynar.info xəbər verir ki, Cokoviç dünyanın bir nömrəli raket ustası ilə tez-tez görüşdüyünü deyib.

"Nadalla çox tez-tez görüşürük. Hətta deyə bilərəm ki, onu öz anamdan çox görürəm" deyə Cokoviç sport.ro saytına verdiyi açıqlamasında bildirib.

Qeyd edək ki, tennisçilər bu mövsüm 6 dəfə bir-biri ilə qarşılaşıblar.

Qaynar.info