Sənət 12:21 24.05.2014

"Narahatçılığa əsas yoxdur” - YENİLƏNİB

Məlum olduğu kimi, Azərbaycanın tanınmış gənc şairi Aqşin Yeniseyin səhhətində ciddi problemlər yaranıb. 

O, dünən yaxınlarının köməyilə Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Vəziyyətinin nə yerdə olması ilə bağılı AzNews.az-ın əməkdaşı şairin özü ilə əlaqə saxlayıb. A.Yenisey onda ağır xəstəliyin aşkar olunduğunu deyib: “Qaraciyərimə su yığılıb. Bu da zamanla çevirilib qaraciyər serozzu xəstəliyi yaradıb”. 

Onun sözlərinə görə, hazırda Kliniki Tibbi Mərkəzdə müalicə kursuna başlayıb: “Hazırda xəstəxanadayam. Burada müalicə olunacam. Bilmirəm, nə olacaq. Amma narahatçılığa əsas yoxdur”. 

***

Sabiq deputat, "Loğman" klinikasının sahibi Nazim Məmmədov isə Facebookda Aqşin Yeniseyin səhhəti ilə bağlı belə yazıb:

"Ramin Hacili zeng edib dedi ki, Aqşin Yeniseyi müayinə və müalicə etdirmək lazımdır. Gətirdilər həkimler bəzi analizlər etdilər, qara ciyərlə bağlı ciddi infeksiya xesteliyi ehtimalı var, hepatit B, C neqativ göstərdi, ancaq sapsarıdır, əlave analizler sabah olacaqdı. Bizdə infeksiya şöbəsi olmadığından "Semaşko"ya götürməyi məsləhət etdilər. Mən də şairi gördüm, adam çox ciddi xəstələnib, təcili vəziyyətdən çıxarılmalıdır, komaya da düşə bilər. Allah kömek olsun!"

Qaynar.info