İdman 19:37 10.01.2014

"Neftçi"-"Fənərbaxça" matçı ilə bağlı AÇIQLAMA

G.Abaszadə: "Türkiyə tərəfi stadionda həmin gün başqa oyunların keçirilməsinə icazə verməyəcək”

Futbol  "Neftçi" - "Fənərbaxça" matçının keçirləcəyi vaxtı açıqlayıb. "Neftçi" klubunun mətbuat katibi Gündüz Abbaszadənin Ans Press-ə verdiyi məlumata görə, qarşılaşma yanvarın 18-də saat 22:00-da başlayacaq.

“Oyuna olan marağı nəzərə alaraq təhlükəsizlik tədbirləri yüksək səviyədə təşkil ediləcək. Ona görə də Türkiyə tərəfi stadionda həmin gün başqa oyunların keçirilməsinə icazə verməyəcək”.

G. Abbaszadə "Neftçi"-"Fənərbaxça" matçının biletlərin qiyməti barədə məlumatsız olduqlarını deyib. "Sadəcə biz klub olaraq onlardan pulsuz biletlər alacağıq. Oyuna baxmaq üçün gedəcək olan klub nümayəndələrinə bu biletlər veriləcək.”

O, qeyd edib ki, oyuna baxmağa gedəcək olan kəslər də biletlə təmin ediləcək: “Biz bilirik ki, oyunu izləmək istəyən olacaq. Onu nəzərə alaraq gələn qonaqlarımızı da biletlə təmin edəcəyik. Biletin qiymətindən, satışından bizim xəbərimiz yoxdur”. 

Qeyd edək ki, komandanın məşq prosesinə rəhbərlik fiziki hazırlıq üzrə məşqçi Ruben Sellesə tapşırılıb.

Qaynar.info