İdman 21:38 09.02.2013

"Neftçi" və "Rəvan" qalib gəldi (NƏTİCƏLƏR)

Bu gün Azərbaycan Premyer Liqasında qış fasiləsi başa çatıb. Qaynar.info-nun məlumatına görə,  2013-cü ilin ilk rəsmi oyun günündə 3 matç baş tutub.

İlin açılış oyunu “Dalğa Arena”da keçirilib və “Kəpəz” “Neftçi” qəbul edib. Tarixi derbidə hesabı 26-cı dəqiqədə Flavinyo qüvvətli və effektli zərbə ilə uzaq doqquzluğa nişan alaraq açıb. 68-ci dəqiqədə Premyer Liqanın bombardiri Nikolas Kanales dəqiq baş zərbəsi fərqi artırıb. Oyunda son nöqtəni isə73-cü dəqiqədə Araz Abdullayev qoyub. Onun zərbəsi Xəyal Zeynalovun kobud səhvi nəticəsində tora daxil olub – 3:0.

Günün ikinci oyununda “Rəvan” “Turan”ı qəbul edib. Yenilənmiş və güclənmiş paytaxt təmsilçisi ilk yarıda iddialıların qəniminə çevirilən Tovuz klubunu əliboş yola salıb. Hesabı 36-cı dəqiqədə “Rəvan”ın yeni transferi Miloş Adamoviç möhtəşəm qolla açıb. 71-ci dəqiqədə isə 1 dəqiqə əvvəl meydana çıxan digər yeni transfer Mindauqas Kalonas fərqlənib. O, Nuran Qurbanovun ötürməsini başla tora qovuşdurub – 2:0

Günün son oyununda “altılıq” uğrunda mübarizə aparan AZAL mövsümün sürprizi “Simurq”u qəbul edib. Hesabı 2-ci dəqiqədə qonaq komandadan Zdravko Popoviç açıb. AZAL-ın bərabərlik axtarışları 55-ci dəqiqədə nəticə verib və Junior Nildo fərqlənib – 1:1.

Qeyd edək ki, turun iki oyunu sabah keçiriləcək və “Bakı” “Sumqayıt”ı, “Qəbələ” “Qarabağ”ı qəbul edəcək. Tura bazar ertəsi baş tutacaq “Xəzər Lənkəran” – “İnter” oyunu ilə yekun vurulacaq.

Qaynar.info


Rəvan2-0Turan
09.02 17:00   Hakim: Rauf Cabbarov - Stadion: Bayıl Arena

AZAL1-1Simurq
09.02 18:30   Hakim: Anar Salmanov - Stadion: AZAL Arena

Kəpəz0-3Neftçi
09.02 15:00   Hakim: Əliyar Ağayev - Stadion: Dalğa Arena

Bakı-:- (-:-)Sumqayıt
10.02 13:30   Hakim: Elçin Məmmədov - Stadion: Bakı FK-nın təlim-məşq bazasının stadionu

Qəbələ-:- (-:-)Qarabağ
10.02 15:30   Hakim: Vüsal Əliyev - Stadion: Qəbələ şəhər stadionu

Xəzər Lənkəran -:- (-:-)İnter
11.02 16:00   Hakim: Rəhim Həsənov - Stadion: Lənkəran şəhər mərkəzi stadionu