İdman 09:17 24.06.2013

"Neftçi"nin ÇL-dəki rəqibi müəyyənləşir


Azərbaycan çempionunun rəqibi bu gün məlum olacaq

Bu gün UEFA-nın Nyon şəhərindəki (İsveçrə) mənzil qərargahında Çempionlar Liqasının 2013/14 mövsümünün ilk iki təsnifat mərhələsinin püşkatma mərasimi keçiriləcək. Azerisport.az xəbər verir ki, Azərbaycanın bu turnirdəki yeganə təmsilçisi “Neftçi” də ilk rəqibini tanıyacaq.

Qeyd edək ki, paytaxt klubu ənənəvi olaraq qitənin ən nüfuzlu klub turnirinin ikinci təsnifat mərhələsindən mübarizəyə qoşulacaq. Bu mərhələnin püşkatması zamanı “Neftçi” səpələnmişlər sırasında yer alacaq. Bu isə komandamızın güclülər sırasında olub, nisbətən zəif klublarla qarşılaşacağı anlamına gəlir. 34 komandanın iştirak edəcəyi ikinci mərhələdə 17 klub səpələnmişlər, bir o qədəri də səpələnməmişlər səbətində yer alıb.

Bu mərhələdə iştirak etmək hüququ qazanan klublar aşağıdakılardı:

Səpələnmişlər

Səpələnməmişlər
BATE (Belarus)

Zeljezniçar (Bosniya və Herseqovina)
Celtic (Şotlandiya)

Hafnarfjordur (İslandiya)
Steaua (Rumıniya)

Gyor (Macarıstan)
Viktoria (Çexiya)

TNS (Uels)
Dinamo (Zaqreb, Xorvatiya)

Ludogorets (Bolqarıstan)
Partizan (Serbiya)

Sligo Rovers (İrlandiya)
Legia (Polşa)

Şaxtyor (Qazaxıstan)
Sheriff (Moldova)

Skenderbeu (Albaniya)
Maribor (Sloveniya)

Birkirkara (Malta)
Slovan (Slovakiya)

Cliftonville (Şimali İrlandiya)
Elfsborg (İsveç)

Daugava (Latviya)
Maccabi (Təl-Əviv, İsrail)

Sutjeska (Monteneqro)
Molde (Norveç)

Nomme Kalju (Estoniya)
HJK (Finlandiya)

Fola (Lüksemburq)
Ekranas (Litva)

Vardar (Makedoniya)
Neftçi (Azərbaycan)

İlk mərhələnin qalibi
Dinamo (Tiflis, Gürcüstan)

İlk mərhələnin qalibi

Eyni zamanda Andorra, Farer adaları, San-Marino və Ermənistan klublarının oynayacağı birinci təsnifat mərhələsinin 2 qalibi də mütləq “Neftçi”nin potensial rəqibi olacaq. Həmin klublar isə bunlardı: Streymur (Farer adaları), Lusitanos (Andorra), Shirak (Ermənistan) və Tre Penne (San-Marino).

Püşkatma ərəfəsində UEFA ikinci təsnifat mərhələsinin iştirakçılarını müəyyən amillər nəzərə alınmaqla bir neçə qrupa ayıracaq. “Neftçi”nin daha konkret potensial rəqiblərinin kimliyi də məhz bu zaman bilinəcək.

Qeyd edək ki, ÇL-in ikinci təsnifat mərhələsinin ilk oyunları iyulun 16-17-də, cavab görüşləri isə həmin ayın 23-24-də keçiriləcək.

Qaynar.info