Maqazin 17:30 13.06.2015

"Neftçi"nin ulduzu və həyat yoldaşı - FOTOLAR

“Neftçi”nin ulduz futbolçularından olan Kaue Silva və həyat yoldaşı diqqət mərkəzinə düşüb. Qaynar.info xəbər verir ki, braziliyalı yarımmüdafiəçi və həyat yoldaşı Qabriela Roça müxtəlif pozalarda fotolar çəkdirərək sosial şəbəkələrdə paylaşıblar. Əsasən dodaq-dodağa öpüşərək çəkilən fotolar daha çox marağa səbəb olub.

Qeyd edək ki, 26 yaşlı Kaue Silva 2014-cü ildə Rumıniyanın “Vasluy” klubundan “Neftçi”yə transfer olunub. 25 görüş keçirən Kaue Silva 1 qola imza atıb.

Cütlüyün 1 qızı var. 6 ilə yaxındır evlidirlər. Həmin görüntüləri təqdim edirik.//anspress

Qaynar.info