İdman 16:40 25.10.2013

"Neftçi"nin yeni baş məşqçisi rəsmən açıqlandı


"Neftçi" futbol klubunun yeni baş məşqçisi Nazim Süleymanovla rəsmi müqavilə imzalanıb.

Trend klubun rəsmi saytına istinadən məlumat verir ki, bu gün "Neftçi" PFK-nın bazasında komandanın yeni baş məşqçisinin təqdimat mərasimi keçirilib. Klub prezidenti Sadıq Sadıqovun rəhbərliyi ilə baş tutmuş görüşdə N.Süleymanov komanda üzvlərinə təqdim edilib.

Yeni baş məşqçinin köməkçisi isə Səmədağa Şıxlarov olacaq.

Qaynar.info