Ölkə 14:17 02.05.2013

"Nizami" işıqsız qaldı

Bakının Nizami rayonu işıqsız qalıb. Musavat.com-un məlumatına görə, rayonun əksər ərazilərinə elektrik enerjisinin verilməsi dayandırılıb.

"Bakıelektrikşəbəkə" ASC-nin qəza xidmətindən bildirilib ki, elektrik enerjisinin kəsilməsinə baş verən qəza səbəb olub. Qəza nəticəsində "8-ci kilometr" yarımstansiyasında açılma baş verir. Qəzanın nəticələri aradan qaldırılır.

Qaynar.info