Dünya 11:53 04.09.2013

"Obama qorxağın biridir" - İSRAİL

İsrail mətbuatına açıqlama verən baş nazir Binyamin Neyanyahunun köməkçilərindən biri Obamanın Suriya məsələsini Konqresdə müzakirəyə çıxarmasını qorxaqlıq adlandırıb. 

Qaynar.info xəbər verir ki, adının açıqlanmasını istəməyən rəsmi "Maariv" qəzetinə verdiyi açıqlamasında Obamanın Suriyaya qarşı hərbi müdaxilə etmək istəmədiyini bildirib. 

"Obama bir qorxaqdır. Açıq şəkildə görünür ki, gücum etmək istəmir və bu mövqeyi üçün də dəstək axtarır. Konqresin dəstəkləməməsindən sonra onun təkbaşına belə bir əməliyyata rəhbərlik edəcəyinə inanmaq çətindir" deyə rəsmi bildirib. 

Obamanın artıq Yaxın Şərq müharibələrinə qarışmaq istəmədiyi, İsrail tərəfinin də buna görə narahatlıq keçirdiyi bildirilir. 

Qaynar.info