İdman 15:54 22.08.2013

"Oyun Qarabağda keçirilməli idi" - PREZİDENT

"Əslində oyun Qarabağda keçirilməli idi. Amma Qarabağ erməni işğalı altındadır". 

Qaynar.info-nun məlumatına görə, bunu "Ayntraxt" klubunun prezidenti  Peter Fişer affa.az saytına müsahibəsində deyib. 

Alman prezident verdiyi müsahibəsində erməni işğalının futbola yaratdığı problemlərdən danışıb: "Buna görə məyusam. Bilirəm ki, "Qarabağ" Ağdam rayonunu təmsil edir. Əslində, bu qarşılaşma onların əsl ev oyunu olmalı idi. Yəni oyun Bakıda yox, Qarabağda keçirilməliydi. Amma Qarabağ erməni işğalı altındadır. Deməliyəm ki, bu, işğalçı bir siyasətin nəticəsidir. Bu siyasət rəqibimizə qarşılaşacağı komandanı öz evində qəbul etməyə imkan vermir. Təbii ki, bu, arzuolunmaz vəziyyətdir".

Qaynar.info