Dünya 17:15 26.05.2013

"Prezident olsam, azərbaycanlılar doğma dillərində təhsil alacaqlar"


İranda qarşıdakı seçkilərdə prezidentliyə namizəd Möhsün Rzayi bəyan edib ki, ölkədə korrupsiya, rüşvətxorluq, mövhumat hökm sürür. Bu barədə  "Tabnak" xəbər saytı məlumat verir.

Rzayi söz verib: "Prezident seçilsəm, Konstitusiyanın İrandakı bütün milli azlıqların öz dillərində təhsil almasını nəzərdə tutan 9 və 15-ci maddələrini icra edəcəyəm. Mən etnik azlıqların doğma dillərində təhsil almasından narahat deyiləm".

Prezidentliyə namizəd qeyd edib: "Məgər insanlar belə yoxsulluq, inflyasiya, işsizlik şəraitində yaşamağa layiqdirlərmi?"

O vurğulayıb ki, milli valyutanın devalvasiyası da əsas problemlərdən biridir: "Bəziləri elə danışır ki, sanki cəmiyyətdə heç bir problem yoxdur. Mən onlarla qətiyyən razı deyiləm. Biz min kilometrdən hədəfi məhv edən raketlər istehsal edirik, amma insanları əsas qida məhsulları ilə təmin edə bilmirik". // Trend