İdman 09:29 30.09.2013

"Qalatasaray"ın baş məşqçisi rəsmən məlum oldu

Türkiyənin "Qalatasaray" futbol komandasının yeni baş məşqçisi məlum olub.

ANN.Az-ın "Fanatik.com.tr"yə istinadən xəbərinə görə, İstanbul klubu təcrübəli italiyalı mütəxəssis Roberto Mançini ilə rəsmi müqavilə bağlayıb.

Sarı-qırmızılıların italiyalı baş məşqçi ilə 3 illik müqaviləyə imza atdığı bildirilir. Yeni baş məşqçi "Qalatasaray"da ildə 5.5 milyon avro əmək haqqı alacaq.

Qeyd edək ki, qısa müddət öncə İstanbul təmsilçisi baş məşqçi Fatih Terimlə müqaviləni sürpriz bir şəkildə sonlandırmışdı.

Qaynar.info