İdman 13:02 09.08.2013

"Qarabağ"ın oyunçusu Avroliqada ilk "onluq"da - SİYAHI


Avropa Liqasının ən yaxşı bombardirlərinin siyahısı açıqlanıb. Apasport.az saytının məlumatına görə, III təsnifat mərhələsinin cavab oyunlarından sonra tərtib olunan cədvəldə Azərbaycan təmsilçisi də var.

Bu, “Qarabağ”ın futbolçusu Reynaldo Silvadır. Hesabında 4 qol olan braziliyalı ümumi siyahıda 4-10-cu yerlərə şərik olan 7 futbolçudan biridir.

Həmin oyunçuların meydanda daha az olmağa görə sıralandığını nəzərə almaqla isə Reynaldo Avropa Liqasının 9-cusudur. 501 dəqiqəyə 4 qol, yəni 125 dəqiqədən bir fərqlənən legionerimiz liderdən 2 top geri qalır. Reynaldonun çatmaq istədiyi futbolçu isə Ömər Ər Rafiqdir.

Avropa Liqasının bombardirləri:

1.Ömər Ər Rafiq (Differdanj, Lüksemburq) – 6
2-3. Georgi Qrozav (Petrolul, Rumıniya), Ömər Damari (Hapoel, Təl-Əviv, İsrail) - 5
4-10. Yakob Mulenqa (Utrext, Hollandiya), Rayo (Makkabi, (Hayfa), İsrail), Payxao Marko, Sobota Valdemar (hər ikisi Şlensk, Polşa), Paulo Enrike (Trabzonspor, Türkiyə), Reynaldo Silva (Qarabağ, Azərbaycan), Tomas Maytan (Jilina, Slovakiya) – hamısı 4

Qeyd edək ki, Reynaldo bütün təsnifat mərhələlərinin ilk oyunlarında və “Gefle” ilə cavab matçında fərqlənib.

Qaynar.info