İdman 12:37 12.08.2013

"Qarabağ"ın oyunçusu ermənilərlə oynayacaq

“Qarabağ”ın daha bir futbolçusu milli komandasına çağırılıb. 

Apasport.az xəbər verir ki, sol cinah müdafiəçisi Ansi Aqolli Albaniya yığmasının Ermənistanla avqustun 14-də keçirəcəyi yoldaşlıq oyununa dəvət edilib. 

Ancaq Tirananın “Kemal Stafa” stadionunda baş tutacaq görüşə “Qarabağ”ın digər alban müdafiəçisi Admir Teli çağırılmayıb.

Qeyd edək ki, “Qarabağ”ın yeni hücumçularından olan konqolu Ulriş Kapolonqo da Tunis millisi ilə görüş üçün Afrikaya getməli olacaq.

Qaynar.info