İdman 15:26 10.08.2013

"Qarabağ"ın oyunçusu Ermənistana qarşı oynayacaq


Ansi Aqolli1Albaniya yığmasının heyəti açıqlanıb. Qaynar.info xəbər verir ki, baş məşqçi Gianni De Biasi avqustun 14-də Ermənistana qarşı keçiriləcək yoldaşlıq oyunu üçün 23 futbolçuya dəvət göndərib.

Baş məşqçi Azərbaycan Premyer Liqasını da unutmayıb. Belə ki, “Qarabağ”ın müdafiəçisi Ansi Aqolli Ermənistanla oyuna dəvət alıb. Onunla yanaşı, AZAL-ın sabiq üzvü sabiq üzvü, hazırda İranın “Sepahan” klubunda oynayan Ervin Bulku da Ermənistan matçına çağırılıb.

“Qarabağ”ın digər üzvü Admir Teli isə yenə yığmadan dəvət alımayıb. Yığmada 15 oyun keçirmiş 32 yaşlı müdafiəçi sonuncu dəfə milli formanı ötən ilin 7 noyabrında Norveçlə keçirilən oyunda geyinib.

Qaynar.info