İdman 16:58 23.02.2013

"Qəbələ" rəsmən ilk "altılıq"da

Bu gün Topaz Premyer Liqasında 21-ci turun ikinci oyun günüdür.

Qaynar.info-nun məlumatına görə, ilk “altılıq” uğrunda yarışan “Qəbələ” ilə “Xəzər Lənkəran” üz-üzə gəlib. Qarşılaşmada üstün olan "Qəbələ" cənub təmsilçisini 2:0 hesabı ilə məğlub edib.

Bununla da "Qəbələ" ilk altılıqda yerini rəsmiləşdirən beşinci komanda olub.


23 fevral (şənbə)

15:00.“Qəbələ” - “Xəzər Lənkəran” - 2:0
Qol: Yannik Kamanan, 1, 87
Hakimlər: Fariz Yusifov, Azər Əsgərov, Vaqif Musayev, Vüsal Əliyev
Sarı vərəqə: Dodo ("Qəbələ") 32, Gökhan Güleç ("Xəzər Lənkəran") 35, Amit Quluzadə ("Qəbələ") 58, Lusiano Olguin ("Xəzər Lənkəran") 65, Manuel Skarlatake ("Xəzər Lənkəran"), 78, Marin Orsuliç  ("Xəzər Lənkəran"), 82
Qırmızı vərəqə: Vanderson Skarduelli, 89

“Qəbələ”:  25. Dieqo Kosta Silva, 4. Amit Quluzadə, 8. Kristian Pulhak, 10. Dodo, 11. Yannik Kamanan (Vurğun Hüseynov, 90), 15. Omar Kalabane, 18. Aleksandr Çertoqanov (Yaşar Abuzərov, 27), 22. Lourival Rodriqes ( İfeanyi Emeqara, 89), 27. Rəşad Abdullayev (k), 34. Ürfan Abbasov, 84. Dejan Kelhar

“Xəzər Lənkəran”: 25. Orxan Sadıqlı, 3. Vanderson Skarduelli, 4. Alvaro Silva (Ağabala Ramazanov, 84),5. Elnur Allahverdiyev, 10. Elnur Abdullayev (Uğur Pamuk, 46), 11. Dmitrios Sialmas, 14. Rahid Əmirquliyev (k), 16. Adrian Pit, 24. Gökhan Güleç (Lusiano Olguin, 46), 27. Manuel Skarlatake, 99. Marin Orsuliç.

Qaynar.info