İdman 16:42 07.09.2013

""Fənərbaxça" çempion olacaq"

"Fənərbaxça" klubunun prezidenti Əziz Yıldırım iddialı açıqlamaları diqqət çəkib.

Qol.Az-ın məlumatına görə, prezident komandasının bu mövsüm çempion olacağını bildirib:

"Oyundan oyuna temp daha da artacaq. Güclü heyətimiz var. Ərsun Yanalın oyun fəlsəfəsini bəyənirəm. Komandanın oyunu məni ümidləndirir. "Fənərbaxça" bu mövsüm çempion olacaq. Buna ürəkdən inanıram".

Qeyd edək ki, "Fənərbaxça" Superliqada 3 turdan sonra 6 xalla turnir cədvəlinin 3-cü pilləsində qərarlaşıb.

Qaynar.info