İdman 11:56 21.06.2013

"Real Madrid" Azərbaycanda məktəb açır

Məktəbdə 17 yaşadək oğlan və qızlara təlim məşqləri keçiriləcək.

“Real Madrid” fondunun təşkil etdiyi “Uşaqların futbol vasitəsi ilə sağlamlığının qorunması və cəmiyyətə inteqrasiyası” adlı layihənin təqdimat mərasimi keçirilib. Anspress-in verdiyi xəbərə görə, tədbirin məqsədi “Real Madrid” fondunun modelini Azərbaycanda təbliğ edərək futbolun kütləviliyinə dəstək verməkdir. 

Sözügedən layihənin 2013-1017 ci illəri əhatə edəcəyi gözlənilir. Ümumilikdə ilk fəaliyyət ilində 100 uşağın məktəbə qəbul olunması gözlənilir. Təlimlərdə iştrak edəcək gənclər yaş həddi 8-17 arasi olmaqla 5 qrupa bölünəcək. Hər qrupda 10 oğlan və eyni sayda da qız olacaq. 

“Real Madrid” fondunun məşqçilik üzrə mütəxəssisi Viktor de Arsenin dediyinə görə, açılışda məşhur simaların iştirakı da gözlənilir.

“Real Madrid” fondunun sosial futbol modelinin tətbiq olunacağı məkan kimi vətən İxtisaslaşmış İdman Ehtiyyatları Uşaq Gənclər Futbol Məktəbinin bazası seçilib. Uşaqların seçimində də müəyyən priorietlər olacaq. Belə ki, “Real Madrid” məktəbində futbol öyrənmək istəyən gənclərin oxuduqları təhsil müəssəsində də davamiyyət yüksək olmalıdır. Çünki sosial futbol sadəcə futbol deyil, uşaqların tam mənası ilə hərtərəfli inkişafı deməkdir. O cümlədən, seçimlərdə yoxsul ailələrin, qaçqın və məcburi köckün statusuna malik ailələrin də övladlarına üstünlük veriləcək. Layihə çərçivəsində 6 məşqçinin də seçilməsi nəzərdə tutulub.

Məlumat üçün bildirək ki, “Real Madrid” fondunun dünya üzrə 60-dan çox ölkədə 200-dən çox sosial idman məktəbi var. Ökəmizdə bu yeganə, Avropada isə 8 belə məktəbdən biri olacaq.

Qaynar.info