İdman 14:37 15.02.2013

"Real" Messinin imicinə zərər vurmaq istəyir"

İspaniya millisinin və "Barselona"nın yarımmüdafiəçisi Xavi Hernandez "Real Madrid"in Messinin imicinə zərər vurmaq üçün haqsız iddialar uydurduğunu deyib.

Qaynar.info-nun məlumatına görə, xüsusilə İspaniya kubokunun yarımfinalından sonra Messinin Arbeloa ilə stadiondan kənarda dalaşdığı və Mourinyonun köməkçisi Karankaya söz atdığı iddia edilmişdi. Xavi isə verdiyi açıqlamasında bu iddiaların yalan olduğunu və bilərəkdən ortaya atıldığını söyləyib: "Bu xəbərlərə önəm vermirəm. Niyə sadəcə futboldan danışmırıq ki? Bununla nə demək istəyirlər? Messi pis insandırmı? Messinin imicinə zərər vurmaq üçün qəsdən belə yollara əl atırlar".


Qaynar.info